Mövlüd Çavuşoğlu ABŞ-a səfərə gedir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş
Assambleyasının himayəsi altında ilk dəfə keçiriləcək Beynəlxalq
Miqrasiya İcmalı Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York
şəhərinə rəsmi səfər edəcək.

Trend Türkiyə
XİN-ə istinadla xəbər verir ki, səfər 16-19 may 2022-ci il
tarixlərində gerçəkləşəcək.

Məlumata görə, M. Çavuşoğlu mayın 18-də ABŞ dövlət katibi Antoni
Blinkenin sədrliyi ilə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının
Baş Qərargahında keçiriləcək Nazirlər səviyyəsində “Qlobal Qida
Təhlükəsizliyi üzrə Fəaliyyət Çağrısı” toplantısında iştirak edəcək
və bəzi ikitərəfli görüşlər keçirəcək.

Türkiyə XİN başçısı Xarici İşlər Nazirləri səviyyəsində
Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində ilk görüşü də ABŞ
dövlət katibi Blinkenlə keçirəcək, bundan əlavə Nyu-Yorkda
Türk-Amerika icmasının üzvləri ilə görüşəcək.

Teqlər: