Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq
işləri davam edir.

Bakı Şəhər Halqasından (Baku City Circuit) Trend-ə verilən məlumata
görə, tədbir çərçivəsində quraşdırma işləri ilə əlaqədar mayın
16-da saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti – Puşkin
küçəsi ilə Üzeyir Hacıbəyov – Azadlıq prospektlərinin hərəkəti
istiqamətində avtomobil yolu daralıb.

Qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza
küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev
küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma
işləri aparılacaq.

Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın
hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Teqlər: