BMT koronavirusun yayılması fonunda Şimali Koreyaya kömək etməyə hazır olduğunu bildirib

BMT koronavirusun yayılması ilə bağlı KXDR-ə kömək etməyə
hazırdır.

Trend xəbər
verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə təşkilatın baş
katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Şimali Koreyanın rəhbərliyi ilə hələlik heç
bir əlaqə yoxdur.

Qeyd edək ki, Şimali Koreyada son 24 saat ərzində daha 8 nəfər
koronavirusdan dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı
50-yə çatıb.