Moskva məhkəməsi Rövşən Əsgərovu qiyabi olaraq həbs edib

Rusiyada Moskvanın Basman rayon məhkəməsi “Nə? Harada? Nə vaxt?”
intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu
qiyabi olaraq həbs edib.

Trend-in
məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.

Qərarda qeyd olunur ki, R.Əsgərov barəsində ekstradisiya
olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri
seçilib

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi
aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi
ilə cinayət işi açmış, mayın 11-də o axtarışa verilmişdi.

Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz “Facebook” səhifəsində
Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən
yalan məlumatlar yayıb.