MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib (FOTO)

2022-ci ilin 23-24 may tarixlərində Mingəçevir Dövlət
Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU)
birgə təşkilatçılığı ilə Ümumdunya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti Gününə həsr olunmuş “İnnovativ texnologiyalar:
rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və
perpektivləri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams”
platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda
hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və
magistrantları iştirak ediblər.

Seminarın açılışında MDU-nun Elm və İnnovasiyalar şöbəsinin
müdiri Vüqar Mustafayev və AzTU-nun Tədqiqat və İnkişaf şöbəsinin
müdir müavini Natəvan Namazova çıxış edərək tədbirin başlıca
məqsədini, mövzunun aktuallığını və əhəmiyyətini diqqətə
çatdırıblar.

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

AzTU-nun akademik heyət üzvlərindən Məryəm Cavadova “DDos
hücumları və onların qarşısının alınması yolları”, Şəhla Əliyeva
“Ənənəvi ERP (Enterprise Resourse Planning) sistemindən ERP
sisteminə keçidə təsir edən amillər”, Türkel Qaraşlı “Kiber
insidentlərin baş vermə mərhələsində kibertəhlükəsizlik
texnologiyaları və onlardan istifadə üsulları”, Əfsanə Yusifzadə
“Sosial mühəndislik təhdidlərinin müəyyən edilməsi və qarşısının
alınması”, Anar İsmayılov “Kommersiya banklarının informasiya
infrastrukturunun antivirus müdafiə sisteminin təşkili” mövzusunda
məruzələrlə çıxış ediblər.

MDU-nun əməkdaşlarından Zemfira Əliyeva
“İnformasiya-telekommunikasiya texnologiyalarının Azərbaycan
faktoru”, Məryəm Əsədova “Rəqəmsal informasiya əsri: rəqəmsal
cəmiyyət, rəqəmsal transformasiya və rəqəmsal təhsil”, Validə
Nuriyeva “İnformasiyalaşdırılmış cəmiyyət: BİG DATA HADOOP
platforması”, Nərmin Əhmədova “Süni İntellekt və maşın öyrənməsi
arasındakı fərqlər”, Şəbnəm Nəsirova “Bulud texnologiyalarında
kibertəhlükəsizlik: imkanlar və perspektivlər”, Günel Baxşıyeva
“IOT texnologiyaları: IT bazarında mövqeyi və perspektivləri”
mövzsunda məruzələrini təqdim ediblər.

Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən
maraqla qarşılanan birgə seminarda məruzələr ətrafında geniş
müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları
cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da akademik və
elmi potensialın inkişaf etdirilməsi məqsədilə qabaqcıl yerli və
xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata
keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: