Moldovada azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar piket keçiriblər (FOTO)

Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar
piket keçiriblər
Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu
ildönümü ilə əlaqədar BMT və ATƏT-in Moldovadakı nümayəndəlikləri
önündə dinc piket keçiriblər.

Bu barədə AzerTimes-a
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş
tutan aksiya zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.


Əllərində Azərbaycan və Moldova bayraqlarını tutan piketçilər
“Xocalını unutmayacağıq!”, “Xocalıya ədalət!”, “Dünya, Xocalı
soyqırımını tanı!”, “Soyqırımında günahı olanlar
cəzalandırılmalıdır!” şüarlarının yazıldığı plakatlar nümayiş
etdiriblər.

Aksiyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı birləşmələrinin sovet ordusunun Xankəndidəki
366-cı motoatıcı alayının köməyi ilə məhz azərbaycanlı olduqlarına
görə Xocalıda dinc sakinlərə qarşı dəhşətli soyqırımı törətməsinə
yerli ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini bir daha
cəlb etmək olub.

Teqlər: