Prezident İlham Əliyev: Bu gün Azərbaycan və Rusiya tarixi əhəmiyyətli vacib sənəd imzalayır

Bu, xüsusi səfərdir. Mən prezident qismində 48-ci dəfə
Rusiyadayam. Amma bu, xüsusi haldır, çünki bu gün tarixi
əhəmiyyətli vacib sənəd imzalayırıq.

AzerTimes-ın “Rossiya
24” telekanalına istinadən məlumatına görə, bunu Moskvada
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir
Putinlə görüşü zamanı “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”
bəyannamənin planlaşdırılan imzalanması barədə danışarkən
deyib.

Xəbər yenilənəcək

Teqlər: