Lənkəran şəhərində yeni Bakcell mağazası açıldı (FOTO)

Bakcell Lənkəran şəhərində yenilənmiş konsept mağazasını
istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə
yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar
satışı funksiyasını birləşdirərək “hər şey bir arada” innovativ
konsepsiyası əsasında qurulub.

Lənkəran şəh., Həzi Aslanov xiyabanı 26 (Lənkəran Dövlət
Universiteti ilə üzbəüz) ünvanında yerləşən yeni mağazanın
qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib.

“Əminəm ki, bu konsept mağazada Lənkəranda yaşayan bütün
müştərilərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki
bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün
xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması
üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında
yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz
ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların
qurulmasını davam etdirəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı
direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonunadək bir neçə yeni
mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu
gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində
Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə
edir.

Teqlər: