ABŞ DGK-yə mobil aşkarlama avadanlığı verib (FOTO)

ABŞ DGK-yə mobil aşkarlama avadanlığı verib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, mobil
aşkarlama avadanlığının iyanə verilməsinə həsr olunan tədbirdə ABŞ
Səfiri Li Litzenberqer Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri
Səfər Mehdiyev və digər gömrük rəsmiləri iştirak ediblər. Sözügedən
yardım ABŞ-ın Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və
Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə təqdim olunan bir
necə yardımlardan biridir. 1999-cu ildən bəri EXBS proqramı
çərçivəsində təqdim olunan yardımların məbləği 25 milyon ABŞ
dollarından çox olmuşdur. Bu il təqdim olunan avadanlığın ümumi
məbləği isə 250 min ABŞ dollarından çox olacaq. Bu yardım
Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz
daşınmaların qarşısının alınmasına kömək edəcək.

Səfir Litzenberqer tədbirdə çıxışı zamanı ABŞ-ın Azərbaycanla
birgə kütləvi qırğın silahlarının yayılması və qanunsuz
daşınmasının qarşısını almaq üçün etdikləri uzun müddətli
əməkdaşlıqdan söz açıb. Səfir Litzenberqer qeyd edib ki: “Ümid
edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin
inkişafında əlavə bir addım olacaqdır , Azərbaycan və Birləşmiş
Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini
verəcək.”

Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan
haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il
ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və
radarlar kimi avadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün
enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının
və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf
etdirmişdir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev göstərilən
yardıma görə təşəkkürünü bildirərək Azərbaycan və ABŞ arasındakı
əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının
da səmərəli və işgüzar münasibətlər hesabına bu əməkdaşlığa töhfə
verdiyini diqqətə çatdırıb.

Azərbaycan gömrüyünün qısa zaman kəsiyində sürətlə inkişaf
etdiyini vurğulayan komitə sədri son illərdə həyata keçirilən
islahatlar hesabına ticarətin asanlaşdırılması, sərhədkeçmə
proseslərinin sürətləndirilməsi, gömrmüük prosedurlarının
sadələşdirilməsi istiqamətində mühüm addımlar atıldığını
vurğulayıb.

Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığa xüsusi diqqət
göstərdiyini bildirən Səfər Mehdiyev əməkdaşların potensialının
gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni
texnologiyaların əldə edilməsi, bilik və bacarıqların
mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi
istiqamətində ABŞ tərəfindən göstərilən dəstəyə görə
minnətdarlığını bildiribifadə edib. Xüsusilə narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları
arasındakı qarşılıqlı əlaqələrin ümumi işə mühüm töhfə verdiyini
vurğulayan komitə sədri əməkdaşlığın daha da genişlənəcəyinə
əminliyini bildirib.

ABŞ-ın Dövlət Departamentinin EXBS proqramı, kütləvi qırğın
silahlarının yayılması və adı silahların qanunsuz daşınmasının
qarşısını almaq məqsədi ilə dünyada icra olunan təşəbbüsdür. EXBS
proqramı, tərəfdaş ölkələrə beynəlxalq qrumlar və BMT-in
Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi çərçivəsində
üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yardım edir. EXBS
proqramı Azərbaycanla yanaşı digər 60 dövlətdə də icra olunur. Bu
proqram sərhədlərin gücləndirilməsi ,qanunsuz daşınmaların
qarşısının alınmasında vacib element hesab olunur.

1999-cu ildən bəri icra olunan EXBS proqramı çərçivəsində
Azərbaycanda çoxsaylı təlimlər keçirilmiş, vacib avadanlıq və
texniki yardımlar təqdim olunmuşdur. Mobil aşkarlama avadanlığının
iyanəsi təqdim olunan bir necə yardımlardan biridir. Bu yardım
Azərbaycanın cənub sərhədində tətbiq etdiyi gömrük fəaliyyətlərini
gücləndirərək gömrük rəsmilərinə qanunsuz daşınmaların qarşısının
alınmasında yardım edəcək.

Teqlər: