Mİlli Gimnastika Arenasında qadınlar və üçlüklər arasında qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Xəbər - Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qadınlar (15-17 yaş) və üçlüklər (12-14 yaş) arasında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qadınlar arasında Varvara Zıbina (Rusiya) qızıl, İlona Qorgenıi (Macarıstan) gümüş, Borislava İvanova (Bolqarıstan) bürünc medallarla mükafatlandırılıblar.

Üçlüklər arasında Rusiyanın ikinci komandası qızıl, birinci komandası gümüş, Macarıstan komandası isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.


Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: