Rusiya gimnastı aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda qızıl medal qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda kişilər (15-17 yaş) arasında Rusiya gimnastı Danila Kudinov qalib gəlib.

AzerTimes-ın məlumatına görə, o, 20.350 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalı digər rusiyalı gimnast Kirill Klimov (20.250 xal), bürünc medalı Rumıniya gimnastı Leonard Manta (20.200 xal) qazanıblar.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.


Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir. Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: