Rusiyalı üçlük aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında daha bir kateqoriyada qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında üçlüklər (12-14 yaş) arasında Rusiya komandası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, rusiyalılar 19.500 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalı da Rusiya komandası (18.850 xal), bürünc medalı isə Macarıstan komandası (18.600 xal) əldə ediblər.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.


Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: