Milli.az artıq radio dinləyiciləri üçün xəbər buraxılışlarını təqdim edir

“Radio TMB” ilə Milli.az xəbər portalı məlumat mübadiləsi
sahəsində əməkdaşlıq edəcək. Razılaşma, məlumat mübadiləsi
sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsini, dostluq
münasibətlərinin qurulmasını və KİV sahəsində səmərəli əməkdaşlığı
nəzərdə tutur.

Radio TMB xəbər buraxılışlarında, ölkədə və dünyada baş verən ən
aktual və maraqlı hadisələr Milli.az xəbər portalına istinad olaraq
100.5 fm-də dinləyicilərə çatdırılacaq. Media şirkətləri əməkdaşlıq
çərçivəsində informasiya mübadiləsi aparacaq, materiallar
hazırlayaraq təqdim edəcək.

Qeyd edək ki, Milli.az xəbər portalının yaradılmasında məqsəd
siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr
üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri
işıqlandırarmaqdır. Məhz bu səbəbdən Milli.az xəbər portalı
Azərbaycanda ən geniş oxucu auditoriyasına malik xəbər
portallarından birinə çevrilib.

Məlumat üçün onu da bildirək ki, Türk millətlərinin və xalqlarının
Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə ölkəmizdə
ölkəmizdə fəaliyyət göstərən “Radio TMB” nin sosial əhəmiyyəti
milli ideyaların və tolerantlığın təbliğində, o cümlədən gənclərin
milli dəyərlərə və adət-ənənələrə yönləndirməsindədir.

Teqlər: