Türkiyənin Bolqarıstanla sərhədində mina tapılıb

Türkiyənin Bolqarıstanla sərhədinə yaxın İynəada sahillərində
mina tapılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə
Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerinə sualtı müdafiə komandaları cəlb
olunub və minanın zərərsizləşdirilməsi işlərinə başlanılıb.