Məşqçimiz Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarındakı çıxışımızdan razı qaldı – Avstriyalı idmançılar

Xəbər - Cani Babayeva – Trend:

Məşqçimiz Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya
Yaş Qrupları Yarışlarındakı çıxışımızdan razı qaldı.

Bunu AzerTimes-a 13-19 yaş kateqoriyasında qadın cütlük tərkibində
çıxış edən Avstriyalı gimnastlar Katarina Qallauner və Eyla Heydn
deyiblər.

“Şadıq ki, yarışlarda iştirak etdik, burada əvəzsiz təcrübə
qazandıq ki, bu da gələcəkdə öz bəhrəsini verəcək. Bu, bizim belə
səviyyəli ikinci yarışımızdır. Bakıda idmançılar üçün gözəl şərait
yaradılıb. Təşkilatçılar bütün iştirakçılara diqqət və qayğı ilə
yanaşırlar. Bütün idmançılar burada olmaqdan xoşbəxtdirlər. Digər
komandaların nümayəndələri ilə bir az söhbət etdik, dostluq
münasibətləri qurduq”, – deyə gimnastlar bildirib.

Onlar vurğulayıblar ki, Bakı şəhərini gəzib, onun gözəlliyinə
heyran olublar.

“İçərişəhərdə olduq, burada xüsusi ab-hava var. Etiraf edirik
ki, Bakıya vurulduq və bura yenidən gələcəyimizə ümid edirik”, –
deyə idmançılar qeyd ediblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: