Britaniyanın kişilər qrupu Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıblar

Xəbər - Cani Babayeva – Trend:

Böyük Britaniyanın kişilər qrupu 13-19 yaş kateqoriyasında
Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları
Yarışlarında qızıl medal qazanıblar.

AzerTimes-ın məlumatına görə, gimnastların nəticəsi 28,840 xal
təşkil edib.

Gümüş medalı Rusiya gimnastları (28,750 xal), bürünc medalı isə
İsrail gimnastları (28,500 xal) qazanıblar.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: