Azərbaycanın qadın qrupu Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında birinci yeri tutub (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət
qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci
dünya yaş qrupları yarışlarında 28,930 xalla birinci yeri
tutub.

AzerTimes-ın məlumatına görə, ikinci yeri Belçika qrupu (28,650),
üçüncü yeri isə Rusiya qrupu (28,400 xal) tutub.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: