Məşhur səyyah Azərbaycanda – Video

Məşhur səyyah Azərbaycanda – Video

Tanınmış səyyah Mark Uins Azərbaycana səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Uins Yutub kanalında izləyicilərinə reportaj təqdim edib.

Uinsi valeh edən təamlardan biri Azərbaycan kababı olub. O, quzu ətindən hazırlanan bu ləziz neməti “kababların şahı” adlandırıb.

Səyyah mətbəximizin olduqca dadlı olması ilə yanaşı, xalqımızın mehribanlığını və Bakının gözəlliyini də qeyd edib.

O, izləyicilərini ölkəmizə mütləq səfər etməyə və yerli mətbəxin dadına baxmağa çağırıb.

Teqlər: