Gəncə və Mariupol: viran qalmış şəhərlərlə bağlı – Videoçarx

Gəncə və Mariupol: viran qalmış şəhərlərlə bağlı – Videoçarx

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən Gəncə terroru – şəhərin raket hücumuna məruz qalması, habelə 2 il sonra Ukraynanın Mariupol şəhəri ilə bağlı videoçarx hazırlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, videoçarxda Ukraynanın Mariupol şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı dağıntılar, insan tələfatı ilə müqayisə edilir, oxşar faktlar arasında paralellik aparılır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Teqlər: