Bakıda yaşayış binasında partlayış

Bakıda yaşayış binasında partlayış

Bakının Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: