Məşhur brendlər Ukraynaya qayıdır

Məşhur brendlər Ukraynaya qayıdır

Ukrayna Xarici İşlər Nazirliyi “İnditex” korporasiyasına məxsus brendlərin ölkəyə qayıtdığını rəsmən elan edib.

AzerTimes xəbər verir ki, bu barədə qurumun rəsmi Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Ukraynaya qayıdan brendlər arasında “Zara”, ”Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” var.

Qeyd olunub ki, “Makdonalds”, “H&M” brendlərinin də ölkəyə qayıdışı gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu səbəbindən bir sıra məşhur brendlər Ukraynanı tərk etmək məcburiyyətində qalmışdı.

Teqlər: