Fransa ordusunu bu ölkədən çıxarmayacaq

Fransa ordusunu bu ölkədən çıxarmayacaq

Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad Prezidenti Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.

Bokelin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.

Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.

Teqlər: