Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır

Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır

Latviyada yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarına ölkəni tərk etmək əmri verilib.

AzerTimes xəbər verir ki, bu barədə Latviyanın Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, bildiriş göndərilən 6 nəfərdən ikisi ölkəni tərk edib, qalanları isə 30 ərzində bunu edəcək.

Qeyd olunub ki, sözügedən addım Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq 2022-ci ilin payızında qəbul edilmiş ölkənin immiqrasiya qanunvericiliyində dəyişikliklərlə bağlıdır.

Mövcud qanunvericiliyə görə, hər bir rus Latviyada qanuni yaşamaq istəyirsə, daimi yaşamaq statusu üçün müraciət etməli və latış dilindən imtahan verməlidir.

Teqlər: