Azərbaycanla Gürcüstan arasında yeni saziş təsdiqlənib

Azərbaycanla Gürcüstan arasında yeni saziş təsdiq edilib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti
arasında standartlaşdırma, metrologiya və uyğunluğun
qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq
edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan
Hökuməti arasında standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə
çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq
edilib.

Teqlər: