Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq elmi konfransda çıxış edib

24 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı
Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.f.d., mama-ginekoloq Təranə
Bayramova Azərbaycan Tibb Universiteti və Malatya İnönü
Universiteti Qaraciyər nəqli institutunun birgə təşkilatçılığı ilə “VII Bakı-Malatya, Orqan Transplantasiya Günləri” adlı Beynəlxalq
Elmi Konfransın II panelində “Qaraciyər transplantasiyası olunmuş
resipiyent qadınlarda hamiləlik xüsusiyyətləri” mövzusunda
təqdimatla çıxıb edib.

100-ə yaxın dinləyicinin ZOOM platforması üzərindən onlayn
olaraq iştirak etdiyi konfransda Dr.Təranə Bayramova
transplantasiyanın aktuallığı, qaraciyər xəstəlikləri və nəql
keçirmiş qadınlarda fertillik problemləri, hormon profili,
nəqlsonrası hamiləlik vaxtının düzgün seçilməsi, hamiləlik
planlaşdırılması və kontrasepsiya, hamiləliyin idarə olunması,
hamiləlik ağırlaşmaları, hamiləlik və südvermə dövründə
immunosupressivlərin istifadəsi barədə ətraflı məlumat verib.

Dr.Təranə Bayramova çıxışının soununda klinik tövsiyələr vermiş
və konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Həmçinin, tədbirdə Azərbaycanda transplantologiya sahəsinin mövcud
vəziyyəti, bu sahədə həyata keçirilən unikal əməliyatlar barədə
məlumatlar verilib.

Teqlər: