Britaniyanın baş naziri NATO-nun təcili iclasını çağırıb

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynada
hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar NATO-nun təcili iclasını
çağırıb.

Trend-in
məlumatına görə, bu barədə B.Conson öz “Twitter” səhifəsində
yazıb.


“Bu, qitəmiz üçün böyük faciədir. Mən bu gün həm də xalqa
müraciət edəcəyəm. Mən G7 liderləri ilə danışıqlar aparacağam.
NATO-nun mümkün qədər təcili görüşünün keçirilməsinə çağırıram”, –
deyə o bildirib.