Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxundu

Xəbər - Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən sağlamlığa ağır
zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevin işi üzrə məhkəmə
prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm
oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı R.Nuriyevə 7 il
iş istəmişdi.

Xatırladaq ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun
Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı
Amin Mirzəyevi bıçaqlayıb.

Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və
barəsində Cinayət Məcəlləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır
zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Teqlər: