“Mercedes” 17 mindən çox avtomobili geri çağırır

Almaniyanın “Mercedes-Benz” şirkəti Avstraliya bazarında 17
mindən çox avtomobili geri çağırır.

Trend-in
məlumatına görə, bu barədə şirkətin Avstraliya şöbəsinin
açıqlamasında deyilir.

Qeyd olunur ki, qərar əyləc sistemində mümkün nasazlıqlarla
əlaqədar qəbul edilib. Şirkət rəhbərliyi avtomobil sahiblərini
xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.

Geri çağırılma 2005-2013-cü illərdə istehsal olunmuş “ML-Class”, “GL-Class” və “R-Class” modellərinə şamil olunur.