Şuşada beynəlxalq konfrans təşkil olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı
humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu
ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, konfransda Mədəniyyət naziri Anar Kərimov,
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.

Konfransda, həmçinin ISESCO-nun baş direktoru Salim bin Məhəmməd
əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası)
Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli
Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar
Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iştirak
edirlər.

Qeyd edək ki, “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas
istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad
olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi
dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün
təmin edilməsidir.

Teqlər: