Məktəbdə bıçaqlanan şagirdin son vəziyyəti açıqlanıb

Aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta
məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim
Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan
İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Siyəzən Rayon
Təhsil Şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, dava zamanı IX sinif şagirdi X sinif şagirdinin
bel nahiyəsinə bıçaqla zərbə endirib.

“Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə
gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə
Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat
olunub.

Hazırda şagird Bakıda Kliniki Tibbi Mərkəzdədir. Bu gün ev
şəraitində müalicəyə buraxılacaq. Xəsarət yetirən şagird barəsində
Siyəzən Rayon Polis şöbəsində araşdırma aparılır”, – deyə əlavə
olunub.

Teqlər: