Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub (FOTO)

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 8-9 aprel
tarixlərində Qazaxıstan Respublikasının KIMEP Universitetində
onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat
Konfransında təmsil olunub. “KIMEP Universitetinin 30 illiyi: lokal
və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5
ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri
dinlənilib.

Konfransda MDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsinin dekan
müavini, ”İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev
iştirak edib. O, konfransın “Menecment və marketinq” adlı bölmə
iclasında “Müəssisədə strateji təşkilati və innovasiyalı
dəyişikliklərin idarə olunmasının effektivliyinin yüksəldilməsi
yolları” mövzusunda məruzəsini təqdim edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi
potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin
respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə
iştirakına xüsusi önəm verilir.

Teqlər: