BMT ANAMA-ya dəstək üçün xarici mütəxəssislər cəlb etmək niyyətindədir – Suxrob Xocimatov

BMT İnkişaf Proqramı Azərbaycan Minatəmizləmə Agentliyinə
(ANAMA) öncül təcrübənin əldə olunmasında dəstək göstərir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf
Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov
deyib.

“Biz bu layihənin inkişafı üçün Türkiyə, Kamboca və digər
ölkələrdən mütəxəssislər cəlb etmək niyyətindəyik”, – deyə o
bildirib.

S.Xocimatov qeyd edib ki, BMT İnkişaf Proqramı Azərbaycan
Minatəmizləmə Agentliyinin çoxillik tərəfdaşıdır.

“BMT İnkişaf Proqramının əsas məqsədi Azərbaycan Minatəmizləmə
Agentliyinə minaların təmizlənməsi üzrə yeni standartların inkişafı
üzrə dəstək göstərməkdir. Biz bir müddət əvvəl agentliklə birgə
işimiz üzrə yekun müddəalar hazırlamışıq. Bu prosesdə 37 ölkədən
150 nəfər iştirak edib”, – S.Xocimatov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: