Suriyanın HHQ sistemləri İsrailin hücumunu dəf edir

Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq səmasında
İsrail Silahlı Qüvvələrinin hücumunu dəf edir.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Al Ekhbariya” telekanalı öz “Telegram”
kanalında bildirib.

Suriya Dövlət Televiziyası öz “Facebook” səhifəsində hava
hücumundan müdafiə sistemlərinin işə salınmasını əks etdirən video
yayımlayıb.

“Sinxua” agentliyindən verilən məlumata əsasən, Dəməşqdə iki
partlayış baş verib.