“Dünyanın ən yaxşı yeni banknotu” mükafatı Mərkəzi Banka təqdim edilib (FOTO)

2022-ci ilin 22 fevral tarixində “Beynəlxalq Pul Nişanları
Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi
banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq
konfrans keçirilmiş, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı
mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın
ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.

Bu barədə AzerTimes-a Mərkəzi Bank-dan məlumat verilib.

Cari ilin 02-05 may tarixlərində İspaniyada təşkil edilmiş
“Global Currency Forum 2022” çərçivəsində qaliblərə mükafatların
təqdim edilməsi həyata keçirilmiş və “Dünyanın ən yaxşı yeni
banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının
qalibiyyət mükafatı (kubok) Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim edilib

Teqlər: