Mədəniyyət Nazirliyində yeni Aparat rəhbəri təyin olunub

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

Trend xəbər verir ki, mədəniyyət naziri Anar
Kərimovun müvafiq əmri ilə Vüqar Məmmədov Aparat rəhbəri təyin
edilib.

Qeyd edək ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət
Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad
Universitetini, 2017-2020-ci illərdə Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.

Əmək fəaliyyətinə özəl sahədə başlayan V.Məmmədov 2009-cu ildən
Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlayıb. Nazirliyin
Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı
şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi,
2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor
müdiri vəzifələrində çalışıb.

Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı
və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə
müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin
avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində
işləyib. Son təyinatınadək Strateji inkişaf və layihələrin
idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Hazırda Azərbaycan Prezidenti tərəfindən yaradılmış işğaldan
azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli
ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən
bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpa
konsepsiyaları və digər milli proqramların və layihələrin həyata
keçirilməsində müəllif, həmmüəllif, əlaqədəndirici və icraçı kimi
iştirak edir.

Fəaliyyəti dövründə Azərbaycan Prezidentinin Sərəncamına əsasən
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı, habelə digər fəxri
fərman və medallarla təltif edilib.

Teqlər: