Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

İran Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə
üçtərəfli iclasa ev sahibliyi edəcək.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
sözçüsü Səid Xətibzadə bu gün mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar işlər həyata
keçirilir.

O əlavə edib ki, son 10 ay ərzində İran və Azərbaycan arasında
bir çox birgə layihələr müəyyənləşib. Müxtəlif səviyyələrdə
səfərlər həyata keçirilib.

Nazirlik rəsmisi qeyd edib ki, İran xarici işlər nazirinin
iqtisadi məsələlər üzrə müavini Mehdi Səfərinin Azərbaycana bugünkü
səfəri də birgə layihələrlə bağlıdır:

“Bu səfərlər təkcə Xarici İşlər Nazirliyi ilə məhdudlaşmır,
digər nazirliklər tərəfindən də həyata keçirilir”, – S.Xətibzadə
əlavə edib.

Teqlər: