MDU tələbələri Milli Teatr Gününə həsr olunmuş tədbirdə iştirak ediblər (FOTO)

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU)Tələbə Gənclər Təşkilatının (TGT) fəalları Mingəçevir Dövlət
Dram Teatrında Azərbaycan Milli Teatr Gününə həsr olunmuş “Teatrda
bir gün” adlı Açıq Qapı layihəsində iştirak ediblər.
Tələbələrlə görüşdə bildirilib ki, layihə yaradıcı və istedadlı
gənclərin teatr fəaliyyəti ilə yaxından tanış olması, onların
mədəniyyət sahəsində özlərini inkişaf etdirməsi məqsədi daşıyır.
Bununla yanaşı, gənclərin asudə vaxtlarından səmərəli istifadə
etməsi üçün teatrda yaradılan geniş imkanlardan bəhs edilib,
layihənin teatr və tamaşaçı münasibətlərinin möhkəmləndirilməsində
mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir zamanı tələbələr teatrın foyesində qurulmuş eksponatlarla,
teatr rəssamı tərəfindən hazırlanmış rəsm əsərləri ilə, eləcə də
qrim, geyim və digər yardımçı bölmələrin fəaliyyətləri ilə tanış
olublar.

Sonra məşq prosesini yaxından izləyən tələbələrə səhnə danışığı,
aktyor fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sonda “Son
Reportaj” adlı tamaşaya baxış keçirilib.
Layihədə iştirak edən tələbələrə müvafiq sertfikatlar təqdim olunub
və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tələbələrin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır,
onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq
qabiliyyətlərinin, əlavə bilik və bacarıqlarının artırılması
məqsədilə müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.

Teqlər: