Hazırkı vəziyyət pandemiyanın sonuna işarə edir – Erhan Akdoğan

Xəbər - Elçin Mehdiyev – Trend:

Hazırda koronavirus ştamlarının insanlara daha az təsir
göstərməklə daha qısamüddətli olduğunu görürük.

Bunu AzerTimes-a Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə
Sağlamlıq Qurumları İdarəsinin rəhbəri Erhan Akdoğan deyib.

O qeyd edib ki, tarixə nəzərə yetirdikdə əvvəlki pandemiyalar
dönəmində də belə olub.

“Viruslar zəifləyərək aradan qalxıb. İndiki gedişat da ona işarə
edir. Koronavirusun da artıq bir qrip halına döndüyünü, hazırda
xəstəliyin daha asan keçdiyini görürük. Ancaq buna rəğmən,
yaşlılar, xronik xəstəliyi olan insanlar və xəstəliyi ağır keçirə
biləcək digər insanlarla bağlı diqqətli olmaq lazımdır”, – deyə
E.Akdoğan vurğulayıb.

Teqlər: