Almaniyada meymunçiçəyinə yoluxanlar üç həftəlik karantinə alınacaq

Almaniyada meymunçiçəyinə yoluxan şəxslər üç həftəlik karantinə
alınacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Karl
Lauterbax elan edib.

O bildirib ki, Almaniya hökuməti Robert Kox İnstitutu ilə birgə
xəstəliklə mübarizə çərçivəsində tövsiyələr hazırlayıb.

Xəstəliyə yoluxmuş şəxslərlə yanaşı, onlarla yaxın təmasda olmuş
insanları da karantinə alınmaq tövsiyə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,
meymunçiçəyi infeksiyası bu günədək 19 ölkədə 131 nəfərdə
aşkarlanıb, daha 106 yoluxma şübhəsi araşdırılır.