MDB Hökumət Başçıları Şurası yanında Komitənin Koordinasiya Şurasının üzvləri Ağdama səfər edib (FOTO)

Ağdam. Trend:

MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin
işi üzrə Komitənin Koordinasiya Şurasının üzvləri işğaldan azad
edilmiş Ağdam şəhərinə səfəri başlayıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfərdə 24 nəfərdən
ibarət nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyəti ilk olaraq İmarət kompleksində olublar. Daha
sonra ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərin qalıqları ilə
tanış olacaq. Eyni zamanda işğaldan azad olduqdan sonra aparılan
tikinti quruculuq, bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyəti Ağdama təşkil edilən səfər başa
çatdıqdan sonra tanış olduqdan sonra Şuşa və Füzuli Şəhərinə Səfər
edəcəklər.

Teqlər: