Ukrayna Rusiya SQ Zaparojyedə endirdiyi zərbə nəticəsində itkilər olduğunu açıqlayıb

Fevralın 25-də səhər saat 4:25-də Rusiya Silahlı Qüvvələri
Zaporojye vilayətindəki Primorski Pasad sərhəd bölməsinə raket
zərbəsi endirib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı
Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti yayıb.


“Zərbə nəticəsində sərhədçilər arasında həlak olan və yaralılar
var”, – məlumatda bildirilir.