Madriddə partlayış nəticəsində azı iki nəfər həyatını itirib, 18 nəfər yaralanıb

İspaniyanın paytaxtı Madriddə dördmərtəbəli yaşayış binasında
baş verən partlayış nəticəsində iki nəfər ölüb, ən azı 18 nəfər
yaralanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bir neçə saat davam edən
axtarışlardan sonra xilasedicilər dağıntılar altından iki nəfərin
cəsədini çıxararaq təyinatı üzrə təhvil veriblər. Onların işçi
olduqları bildirilir.

Hadisə şəhərin Salamaka adlanan məhəlləsində baş verib. Məlumata
görə, binada təmir-inşa işləri aparılırmış.

Partlayış nəticəsində azı 18 nəfər xəsarət alıb. Onlardan üçünün
vəziyyətinin ağır olduğu bildirilir.

Teqlər: