Bayden Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

ABŞ prezidenti Co Bayden cümə günü Ukraynaya 150 milyon
dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, yardım Kiyevə əlavə
artilleriya sursatları, radarlar və digər avadanlıqların
verilməsini nəzərdə tutur.

“Bu gün Birləşmiş Ştatlar öz ölkəsini müdafiə edən cəsur Ukrayna
xalqına güclü dəstək verməyə davam edir”, – deyə Bayden
bildirib.

Yeni paketə 25 000 ədəd 155 mm-lik artilleriya mərmisi,
artilleriya əleyhinə radarlar, səhra avadanlığı və ehtiyat
hissələri daxildir.

Bayden həmçinin bildirib ki, ABŞ Konqresi Ukraynanı döyüş
meydanında və danışıqlar masası arxasında gücləndirmək üçün tələb
olunan maliyyəni tezliklə təmin etməlidir.

Teqlər: