Ukraynanın təhlükəsizlik qarantları ilə danışıqlar aktiv mərhələdədir – XİN rəhbəri

Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olan
ölkələrlə danışıqlar hazırda aktiv mərhələdədir.

Trend “Ukrinform”-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici
işlər naziri Dmitri Kuleba Kiyevdə Baltikyanı ölkələrin xarici
işlər nazirləri ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təminatın əhəmiyyətli hissəsi artıq silah
tədarükü və ölkənin NATO standartlarına keçidi formasında həyata
keçirilir.

“Biz hamımız eyni məqsədlə işləyirik – tərəfdaşlarımızın bizə ən
qısa zamanda təmin edə biləcəyi təhlükəsizlik zəmanətləri paketini
əldə etmək. Danışıqlar aktiv mərhələdədir. Təfərrüatları
açıqlamayacağam, amma həqiqətən də tərəfdaşlarımızın dəstəyini
təkcə sözdə deyil, həm də əməldə görürük”, – Kuleba bildirib.

Teqlər: