Alimlər sinir hüceyrələrini bərpa etməyin bir yolunu tapıblar

ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları Parkinson
xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklər zamanı zədələnmiş
sinir hüceyrələrini bərpa etmək üsulunu tapıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər
buna hüceyrılıri peptidlərə məruz qoyaraq nail olublar.

Tədqiqatın əsas obyekti uzun aksonlar (impulsları keçirən sinir)
olur. Onlar zədələnəndə, iflicə qədər ciddi pozğunluqlara səbəb
olan əzələ spazmına səbəb olur. Alimlər peptidlər adlanan xüsusi
amin turşuları zənciri ilə insan kök hüceyrələrindən əmələ gəlmiş
sinir hüceyrələrinə təsir göstərməyə qərar veriblər.


Təcrübə göstərib ki, bu maddə mitoxondrilərin (sinir
hüceyrələrinin tərkib hissəsi) bölünməsini maneə törətməyə
qadirdir, həmçinin hüceyrələrin bərpasına və daha çox
zədələnməsinin qarşısını almağa imkan verir.

Alimlər ümid edirlər ki, onların təcrübəsi neyrodegenerativ
genetik pozğunluqlar üçün yeni növ dərman və ya terapiyanın
inkişafına gətirib çıxaracaq.