Macarıstanda üç qitədə çirkli pulların yuyulmasına görə beş nəfəri həbs edilib

Macarıstanın hüquq-mühafizə orqanları çirkli pulların yuyulması
və sənəd saxtakarlığı ilə məşğul olan cinayətkar qrupun
fəaliyyətinin qarşısını alıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avropoldan xəbər veriblər.

Məlumata əsasən, reyd zamanı 24 evdə axtarış aparılıb, 5 nəfər
həbs edilib, daha 16 nəfər isə dindirilmək üçün saxlanılıb.
Avstraliyada, Avropa və Cənubi Amerikanın 31 ölkəsində dəbdəbəli
avtomobil, külli miqdarda elektron avadanlıq, mobil telefonlar və
SİM kartlar, məlumat saxlama cihazları, kredit kartları, silah və
sursatlar, zinət əşyaları və müxtəlif valyutalarda 120 min avro
məbləğində nağd pul da daxil olmaqla aktivlər müsadirə edilib.

Qrup ən azı 2020-ci ilin sentyabrından qeyri-qanuni fəaliyyətlə
məşğul olub və ən azı 44 milyon avronu yuyub.