“Brent” markalı neftin qiyməti 117 dolları ötüb

Londonun “ICE” birjasında “Brent” markalı neftin avqust
fyuçerslərinin qiyməti 1,71 faiz artaraq bir barel üçün 117,54
dollara çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ticarət platformasından
məlumat verilib.

Məlumata əsasən, “WTI” markalı neftin qiyməti 1,58 faiz artaraq
116,89 dollar/barelə çatıb.

Sonuncu dəfə “Brent” markalı neftin qiyməti martın 25-də bir
barrel üçün 117 dollar səviyyəsində olub.

Teqlər: