Ərdoğan və Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı
Vladimir Zelenski arasında telefon danışığı olub.

AzerTimes-ın
məlumatına görə, danışıq zamanı Ukrayna-Rusiya müharibəsində son
hadisələr müzakirə edilib.

R.T.Ərdoğan Türkiyənin Ukraynadan dəniz yolu ilə kənd
təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhliz yaradılması
layihəsinə xüsusi önəm verdiyini vurğulayıb.

Türkiyə dövlətinin başçısı bildirib ki, Ankara Ukrayna, Rusiya
Federasiyası və BMT-nin iştirakı ilə İstanbulda yaradılması nəzərdə
tutulan Monitorinq Mərkəzinin fəaliyyətinə qoşulmağa müsbət
yanaşır.

Teqlər: