Litva ABŞ-dan sonra bu silaha sahib ilk ölkə olacaq

Litva ABŞ-dan sonra bu silaha sahib ilk ölkə olacaq

Litva ABŞ-dan 45 milyon avroya “Switchblade 600” PUA-sı və onlar üçün avadanlıqlar alacaq.

AzerTimes xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu texnikanın alınması ilə Litva ABŞ-dan sonra bu effektiv silaha sahib ilk ölkə olacaq”, – Litva MN-dan bildirilib.

Qeyd edək ki, sözügedən PUA 40 dəqiqəyə qədər havada qalma qabiliyyətinə malikdir və tanklar da daxil olmaqla, ağır zirehli texnikaları məhv edə bilən effektiv tank əleyhinə döyüş başlığına malik yeni nəsil uzun mənzilli döyüş pilotsuz təyyarəsidir. Bu kamikadze dronları yuxarıdan hücum edərək hədəfləri məhv edə bilir.

Teqlər: