Rusiya 25-dən çox yaşayış məntəqəsini vurdu

Rusiya 25-dən çox yaşayış məntəqəsini vurdu

Rusiya işğalçıları ötən gün ərzində Ukraynaya beş raket və beş hava zərbəsi endiriblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ötən gün rus işğalçıları Dnepropetrovsk vilayətinin Marqanets şəhərinin mülki infrastrukturuna çoxsaylı raket sistemlərindən 15-ə yaxın raket zərbəsi endiriblər. Günün ikinci yarısında isə dinc əhali arasında itkilərin də olduğu Donetsk vilayətinjn Çasov Yar məntəqəsi atəşə tutulub”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Zaporojye və Xerson istiqamətlərində düşmən Dnepr çayının sağ sahili boyunca mülki infrastrukturun minaatan və artilleriyadan atəşə tutulmasını davam etdirir. Ümumilikdə ötən sutka ərzində 25-dən çox yaşayış məntəqəsinə zərbələr endirilib.

Teqlər: